Aylar Sonra Oyuna Qayıdan Məşhur Futbolçu Bir Dəqiqənin Içində Kabusu Yaşadı

Uzunmüddətli zədədən sonra yenidən milli formanı geyinən Malili futbolçu Yves Bissouma böyük bir bədbəxtlik yaşayıb. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu 66-cı dəqiqədə oyuna daxil olub, lakin cəmi 1 dəqiqə sonra yenidən zədələnərək meydanı xərəkdə tərk edib. Uzun müddət zədə problemi ilə üzləşən Bissouma, Mali millisinin heyətində meydana çıxdığı üçün azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Lakin onun qayıdışı çox qısa sürüb. Oyuna girdikdən bir dəqiqə sonra ağrı içində yerə yıxılan futbolçuya tibbi personal dərhal müdaxilə edib və o, xərəkdə meydanı tərk edib. Texniki heyət və komanda yoldaşları Bissoumanın vəziyyətindən narahatlıq keçirib. Futbolçunun son durumu aparılacaq ətraflı tibbi müayinələrdən sonra müəyyənləşəcək. Yay transfer pəncərəsində adı Türkiyə klubları ilə hallanan təcrübəli yarımmüdafiəçinin bu zədəsi onun transfer planlarına da birbaşa təsir göstərə bilər. Bissoumanın zədəsinin ağırlığı ilə bağlı klubundan rəsmi açıqlama gözlənilir.