19 Yaşlı Futbolçusu Bu Dəfə Sevgilisinə Qarşı şiddət Iddiası Ilə Gündəmə Gəldi - FOTO

Portuqaliyanın "Sporting B" futbol klubunun 19 yaşlı oyunçusu Aleksandr Brito sevgilisinə qarşı fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən şənbə günü axşam saatlarında futbolçunun Montijo şəhərindəki evində baş verib. Brito-nun sevgilisi Montijo Polis İdarəsinə müraciət edərək, onun tərəfindən döyüldüyünü və evdən yalın ayaqla qovulduğunu bildirib. Qadın, küçədə də futbolçunun hücumuna məruz qaldığını iddia edib. Zərərçəkən ətrafdakı qonşulardan birinin evinə sığınaraq ailəsinə məlumat verib və daha sonra valideynləri ilə birlikdə polisə gedərək rəsmi şikayət ərizəsi yazıb. O, dərhal Barreiro xəstəxanasına aparılıb, tibbi yardım alıb və ekspertiza üçün müayinədən keçirilib. Polisə verdiyi ifadəsində qadın bildirib ki, bu ilk hadisə deyil. Onun sözlərinə görə, Brito bir dəfə də onu silahla hədələyərək ailəsinin evindən zorla çıxarıb. Qeyd edək ki, Aleksandr Brito qısa müddət əvvəl Montijoda sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Mətbuatın əlaqə saxlama cəhdlərinə baxmayaraq, nə futbolçunun özü, nə də "Sporting" klubu hələlik rəsmi açıqlama verməyib. Hadisə ilə bağlı istintaq davam edir və yaxın günlərdə əlavə detallara aydınlıq gətiriləcəyi gözlənilir. Klubun bu məsələyə necə reaksiya verəcəyi isə hələlik məlum deyil.

Mənbə: https://sonxeber.az