Məşhur türkiyəli müğənni Yıldız Tilbe qatıldığı bir proqramda uşaqlıq illərində keçirdiyi ağır qəza və bu hadisənin həyatında buraxdığı qalıcı izlərdən danışıb. Sənətçi azyaşlı olarkən yaşadığı hadisədən sonra sağ qulağını itirdiyini açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Delikanlım", "Hastayım Sana", "Haberi Olsun" və "Çabuk Olalım Aşkım" kimi unudulmaz mahnıların ifaçısı olan Yıldız Tilbe səmimi etirafları ilə diqqət çəkib.
Altı bacı-qardaşın ən kiçiyi olduğunu bildirən Tilbe uşaqlıqda başına gələn hadisəni belə xatırlayıb:
"Hamı məni görəndə çox gözəl uşaq olduğumu deyirmiş. Bir gün evimizə gələn qonaq da bunu deyəndə, balaca olduğum üçün qaz ocağında qaynayan çaydanı üzərimə çəkmişəm. Bədənim yanıb və altı ay xəstəxanada qalmışam. Bacı-qardaşlarım məni ziyarətə gələndə tanıya bilməyiblər. Həkimlər yaşayamayacağımı desələr də, sağ qalmışam".
59 yaşlı sənətçi bu hadisənin onda qalıcı sağlamlıq problemi yaratdığını da vurğulayıb. Yıldız Tilbe bildirib ki, üzərinə tökülən qaynar sudan sonra sağ qulağını itirib:
"Sağ qulağım eşitmir. Bu, uşaqlıq travmamın bu günə qədər davam edən nəticəsidir".
Yıldız Tilbenin illər sonra dilə gətirdiyi bu etiraflar ictimaiyyətdə böyük maraqla qarşılanıb.
2026-01-09
11:10:11
Yıldız Tilbe Illər Sonra Etiraf Etdi: "Sağ Qulağım Eşitmir"
Digər Xəbərlər
-
"Müğənni Olduğum üçün UTANIRAM"
2026-01-09 20:01:09 -
"Deyəcəklər, Acından ölürsən?"
2026-01-09 19:46:10 -
""Məcnun" Deyə-deyə Qalmışam, Dəvət Etmirlər"
2026-01-09 19:31:09 -
Azərbaycanlı Müğənninin Anası Məşhur Qarmon Ifaçısı Imiş... - VİDEO
2026-01-09 19:16:10 -
"Həyat Yoldaşım Səhərə Qədər Qışqırıb Anasını çağırırdı, Mənə ən çox Bu, əzab Verirdi"
2026-01-09 18:45:09