Xanlarovadan İLLƏR SONRA ETİRAF: "Onu Lalə Dadaşovanın Oğlu Yox, Həyat Yoldaşım Almışdı" - VİDEO

Əməkdar artist Mehriban Xanlarova uşaqlıq illərində yaşadığı çətinliklərdən danışıb. Publika.az xəbər verir ki, aktrisa səmimi etirafları ilə diqqət çəkib. O bildirib ki, kasıb ailədə böyüsə də, heç vaxt bundan utanmayıb: "Heç vaxt kasıblığımdan və ata-anamın lal-karlığından utanmamışam. Elə insanlar var ki, qüsurlu balasını gizlədir. Məni dünyaya gətiriblər, onlara qurban olum". Mehriban Xanlarova həmçinin həyatında yaşadığı maraqlı bir hadisəni də xatırlayıb: "Bir vaxtlar ‘Jaguar’ markalı bahalı avtomobilim olub. Ondan Azərbaycanda mənimlə birlikdə cəmi dörd nəfərdə var idi. Onu həyat yoldaşım almışdı. Amma Lalə Dadaşovanın oğlu deyil. İnsanın dəyəri maddiyyatda deyil, gördüyü işdə və dürüstlüyündədir".