"Survivor" yarışması ilə tanınaraq qısa müddətdə böyük izləyici kütləsi qazanan sosial media fenomeni Kardeniz Kılıç şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, fevral ayında Hollandiyada evlilik təklifi aldığı Mahir Bektaş ilə İzmirdə möhtəşəm bir toy mərasimi keçirib.
Toyda iki fərqli gəlinlik geyinən Kılıçın həyəcanı və xoşbəxtliyi diqqət çəkib. Onun gəlinlikləri sosial mediada qısa müddətdə minlərlə bəyənmə toplayıb.
Mərasimdə Kılıçın yaxın dostu, "Survivor" yarışmasının digər iştirakçısı Aleyna Kalaycıoğlu da iştirak edib. Kalaycıoğlu, toy mərasimindən paylaşdığı fotoya "Ağlayacağam" qeydi yazaraq dostuna dəstəyini göstərib.
Mənbə: https://sonxeber.az