Sevgilisindən Zeynəb Bastıka Romantik Sürpriz - VİDEO

Türkiyəli məşhur aktyor Serkay Tütüncü, sevgilisi müğənni Zeynəb Bastıkın Harbiyedə baş tutan konsertinə gül buketi ilə gələrək romantik sürpriz edib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tütüncünün buket üzərinə yazdığı zarafatlı qeyd isə medianın diqqətini çəkib. Jurnalistlərin suallarını cavablandıran aktyor, Zeynəb Bastıkın konsertdən öncə 15 gün ərzində pəhriz saxladığını bildirib. O, buketin üzərinə isə zarafatla, "Sabah karbohidrat alacaqsan, çox xoşbəxtəm" sözlərini yazdığını deyib. Cütlüyün bu səmimi və zarafat dolu anları sosial şəbəkədə də böyük maraqla qarşılanıb.