Serenay Sarıkaya Və Mert Demir Toya Hazırlaşır: Sensasiyalı İddia!

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya və sevilən müğənni Mert Demir evlilik yolunda ilk addımlarını atmağa hazırlaşır. İddialara görə, cütlük bu yay ailə həyatı quracaq.

Məşhur jurnalist Mehmet Üstündağ bu xəbəri öz köşəsində dərc edərək, cütlüyün münasibətlərini rəsmiləşdirmək qərarına gəldiyini və toyun yay aylarında planlaşdırıldığını bildirib.

Hələlik Serenay Sarıkaya və Mert Demirdən rəsmi açıqlama gəlməsə də, bu xəbər Türkiyə şou-biznes dünyasında böyük marağa səbəb olub. Cütlüyün pərəstişkarları toy xəbərini böyük həyəcanla qarşılayır.