Saçlarına Dən Düşən Emrahdan Gözmuncuqlu Paylaşım - FOTO

Türk musiqisinin sevilən adlarından olan Emrah bu dəfə sərvəti ilə deyil, dəyişən imici ilə gündəmə gəlib. Müğənnilikdən qazandığı gəlirləri illər ərzində daşınmaz əmlaka yatırdığı bilinən Emrahın İstanbul və Bodrumda 300-dən çox mənzili, 12 mağazası və bir idman kompleksi olduğu iddia edilib. Aylıq təxminən 950 min manat kirayə gəliri əldə etdiyi deyilən sənətçinin, Dubayda da təxminən 5 milyon 950 min manata ev aldığı bildirilir. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, lakin bu dəfə gündəmdə olan Emrahın iş dünyasındakı uğurları deyil, fiziki dəyişikliyi olub. Uzun müddətdir mediadan uzaq qalan 54 yaşlı Emrah, sosial şəbəkədə etdiyi son paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb. Müğənninin saçlarına düşən dənlər izləyicilərin nəzərindən yayınmayıb. Qısa zamanda minlərlə bəyənmə alan foto sosial şəbəkələrdə geniş rezonans doğurub. Pərəstişkarları onun paylaşımına belə şərhlər yazıblar: "İllər keçsə də, karizması eynidir", "Zamana meydan oxuyan bir duruş", "Saçına dən düşüb, amma enerjisi azalmayıb". Emrah 2014-cü ildə Sibel Kirer ilə ailə həyatı qurub. Bu evlilikdən Elyesa adlı oğulları və Eleysa adlı qızları dünyaya gəlib. Sənətçi tez-tez övladlarına olan sevgisindən danışsa da, şəxsi həyatını medianın diqqətindən uzaq tutmağa xüsusi diqqət yetirir.