Türk kinosunun kult layihələrindən olan "Organize İşler" bu dəfə serial formatında izləyicilərlə görüşəcək. İlk dəfə 2005-ci ildə nümayiş olunan film böyük maraqla qarşılanmış, 2019-cu ildə isə "Sazan Sarmalı" adlı davam filmi ilə yenidən tamaşaçı qarşısına çıxmışdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, seriylın üçüncü hissəsi olan "Organize İşler: Karun Hazinesi" 2026-cı ildə rəqəmsal platformada yayımlanacaq.
Yeni layihədə həm ssenari müəllifi, həm də baş rol ifaçısı kimi bir daha Yılmaz Erdoğan çıxış edir. Serialın aktyor heyəti isə ulduzlar paradını xatırladır: Kıvanç Tatlıtuğ, Demet Akbağ, Ezgi Mola və Uraz Kaygılaroğlu eyni layihədə bir araya gəlirlər. Tatlıtuğ-un canlandırdığı "Sarı Saruhan" obrazı əvvəlki filmdə olduğu kimi yenə hekayənin mərkəzində yer alacaq.
Serialın baş rol aktyoru Kıvanç Tatlıtuğ, çəkiliş fasiləsində ilk dəfə görüntülənib. "Sarı Saruhan" obrazı üçün xüsusi hazırlıq mərhələsi keçdiyi və rol üçün çəki aldığı müşahidə olunan Tatlıtuğun yeni imici qısa zamanda sosial mediada gündəm olub. Aktyorun pərəstişkarları paylaşımdan sonra yüzlərlə rəy və bəyənmə ilə layihəyə dəstək nümayiş etdiriblər.
2025-10-14
18:31:09
"Organize İşler" Geri Qayıdır! Kıvanç Tatlıtuğ Ilk Dəfə çəkiliş Meydanında Görüntüləndi
Digər Xəbərlər
-
Saçlarına Dən Düşən Emrahdan Gözmuncuqlu Paylaşım - FOTO
2025-10-15 11:24:11 -
Saçlarına Dən Düşən Emrahdan Gözmuncuqlu Paylaşım - FOTO
2025-10-15 11:22:11 -
Qayınanasından Danışan Mənzurə Musayeva: "Dedi Ki, Uşağın Olmursa, Ayrıl..."
2025-10-14 23:16:10 -
"Kaş Bəzi Atalar Dərk Edə Ki, Qız övladım Var"
2025-10-14 20:01:09 -
Nazənin Efirdə Hönkür-hönkür AĞLADI - VİDEO
2025-10-14 19:31:10