Xalq artisti, aktrisa Səidə Quliyeva mərhum həyat yoldaşının xəstəliyi dövründə yaşadıqları çətin günlərdən söz açıb.
Milli.Az-ın məlumatına görə, aktrisa bildirib ki, həyat yoldaşı ömrünün son aylarında yataq xəstəsi olub və ona oğlu ilə birlikdə baxıblar:
"Həyat yoldaşım 7 ay yataq xəstəsi oldu. Mən və oğlum ona baxırdıq. Baxacaq başqa kimsə yox idi, anası və bacıları artıq dünyasını dəyişmişdi. Halal xoşu olsun, bu müddətdə bir çox sənət işlərimdən imtina etdim".
"İnsan üçün yük daşımaq o vaxt ağır olmur ki, bunu sevgi ilə edirsən. Elə gecələr olurdu ki, səhərə qədər oyaq qalırdıq".
Aktrisa həyat yoldaşının yaşadığı psixoloji ağrıların onun üçün ən ağır anlar olduğunu da xatırladıb:
"Həyat yoldaşım yataq xəstəsi olub. 7 ay mən oğlumla ona baxmışıq. Ona baxmalı başqa heç kim yox idi, anası və bacıları artıq rəhmətə getmişdi. Halal xoşu olsun. Bu müddətdə bir çox sənət işlərimdən imtina etmişdim. Anam da xəstə olmuşdu, amma onu aramızda bölüşüb baxırdıq. İnsanın yük daşıması o vaxt çətin olmur ki, bunu sevgi ilə edir. Elə olurdu ki, səhərə qədər oyaq qalıb yoldaşıma baxırdıq. O, səhərə qədər qışqırır, anasını çağırırdı. İlk dəfə bunu eşidəndə çox pis olmuşdum. Məni ən çox əzablandıran da elə bunu eşitmək idi. Bəlkə də bir gündə min dəfə anasını çağırır, ondan imdad diləyirdi.
Anası 87 yaşında vəfat etmişdi, ona çox bağlı idi. Deyirdim ki, anası xəstələnsəydi və ya dünyasını dəyişsəydi, ərim bunu çox ağır qəbul edər, hətta özünü itirərdi. Ona qarşı çox mərhəmətli idi."
Sənətçi həmin dövrdə anasının da xəstə olduğunu, lakin ailə daxilində bu məsuliyyəti bölüşdürərək öhdəsindən gəldiklərini deyib.
Səidə Quliyevanın bu səmimi etirafları duyğulu anlara səbəb olub.
2026-01-09
18:45:09
"Həyat Yoldaşım Səhərə Qədər Qışqırıb Anasını çağırırdı, Mənə ən çox Bu, əzab Verirdi"
Digər Xəbərlər
-
Sevda üçüncü övlad Istəyir?
2026-01-10 13:26:10 -
Cabir İmanovun Xanımı Ilə Fotolar Paylaşdı
2026-01-10 12:51:09 -
Rafet El Roman Niyaməddin Musayevlə - Foto
2026-01-10 11:32:09 -
"Müğənni Olduğum üçün UTANIRAM"
2026-01-09 20:01:09 -
"Deyəcəklər, Acından ölürsən?"
2026-01-09 19:46:10