Pınar Dəniz və Kaan Yıldırım ötən il İtaliyanın Roma şəhərində evlənib.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, evləndikdən sonra Paris Moda Həftəsində dünyaca məşhur isimlərlə səhnəyə çıxan Pınar Dəniz verdiyi pozalarla hamilə olduğunu açıqlayıb. Cütlük bu yaxınlarda Maslakdakı özəl xəstəxanada oğullarını qucağına alaraq valideyn olma həyəcanını yaşayıb.
Pınar Dənizin və körpənin səhhətinin yaxşı olduğu bildirilib. Xəstəxanadan çıxan cütlüyün körpəyə qoyduğu ad da açıqlanıb. Cütlük oğullarına "Fikret Hakan" adını verib və bu adı Kaan Yıldırımın atası Hakanın şərəfinə seçiblər.
Balaca Fikrət Hakan ailəyə böyük sevinc yaşadıb.
Mənbə: https://sonxeber.az