Nebahat Çehre "Aşk-ı Memnu"nun 17-ci Ildönümünü Məşhur Replikası Ilə Qeyd Etdi

"Aşk-ı Memnu" serialında Firdevs Yöreoğlu obrazını canlandıran 82 yaşlı aktrisa Nebahat Çehre, ekran işinin 17-ci ildönümünü xüsusi paylaşımı ilə qeyd edib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa sosial şəbəkədə etdiyi paylaşımda Firdevs obrazının məşhur sözlərinə yer verib: "Axmaq! Əslində hər şey çox başqa ola bilərdi." Çehrenin bu paylaşımı qısa müddətdə sosial mediada gündəmə çevrilib və serialın tamaşaçıları arasında böyük maraq doğurub. Bir dövrün ən çox izlənilən layihələrindən olan "Aşk-ı Memnu"nun ildönümü münasibətilə edilən bu paylaşım izləyicilərə nostalji anlar yaşadıb.

Mənbə: https://sonxeber.az