"Hazırda Rəqsanə İsmayılova ilə bağlı hər hansı yenilik yoxdur".
Bu sözləri globalinfo.az-a dələduzluqda ittiham edilərək saxlanılan müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev bildirib.
Onun sözlərinə görə, müğənninin azadlığa çıxması üçün yaxın günlərdə yenidən məhkəməyə müraciət ediləcək:
"Konkret tarix deyə bilmərəm, amma təxminən 10 gün sonra müəyyən müraciətlərimiz olacaq".
Vəkil həmçinin Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovun məsuliyyətə cəlb olunması məsələsinə də münasibət bildirib:
"Fazil bəy saxlanılmayıb. Sadəcə, məsələ ilə bağlı dindirilib və buraxılıb, amma saxlanılma halı olmayıb".
Hikmət Əliyev əlavə edib ki, Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması üçün kifayət qədər əsaslar mövcuddur:
"Müdafiə tərəfi olaraq hesab edirik ki, Rəqsanə xanımın azadlığa buraxılması daha doğru və ədalətli olardı. Buna görə də məhkəməyə müraciətlərimiz davam edəcək".
Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Mənbə: https://sonxeber.az