Türkiyə şou-biznesinin ən rəngarəng simalarından biri olan Mehmet Ali Erbil altıncı dəfə nikah masasına oturub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 68 yaşlı məşhur aparıcı, 26 yaşlı sevgilisi Gülseren Ceylan ilə ailə həyatı qurub.
Cütlüyün nikah mərasimi 28 avqustda İstanbulda ailə üzvlərinin iştirakı ilə sadə bir mühitdə keçirilib. Ev şəraitində baş tutan mərasimdə yalnız yaxın çevrə iştirak edib. Nikahdan paylaşılan fotolar qısa müddətdə sosial şəbəkələrdə gündəm olub.
Ancaq toy mərasimindən sonra ən çox müzakirə edilən məqam onların arasındakı 42 yaş fərqi olub. Belə ki, Erbilin böyük qızı Sezin 43, kiçik qızı Yasmin isə 29 yaşındadır. Yeni həyat yoldaşı Gülseren Ceylan isə cəmi 26 yaşındadır. Bu yaş fərqi sosial mediada geniş rezonans doğurub və müxtəlif şərhlərə səbəb olub.
Gələn tənqidlərə cavab verən Mehmet Ali Erbil isə mövzunu yumorla qarşıladı:
"Aramızdakı yaş fərqi nə olacaq ki? Cəmi 40! Sadəcə rəqəmdir, dostlar, rəqəmlərin nə önəmi var?" – deyə o bildirib.
Mənbə: https://sonxeber.az