Türkiyəli müğənni Mabel Matiz "Perperişan" mahnısının sözlərində ədəbsiz ifadələr yer aldığı iddiası ilə məhkəmə qarşısına çıxarılıb.
Milli.Az xəbər verir ki, barəsində 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunan sənətçinin işi İstanbul 54-cü Birinci İnstansiya Cinayət Məhkəməsində araşdırılıb. İttihama əsasən, mahnının sözlərində dolayı yolla cinsi məna daşıyan ifadələr var və yaş məhdudiyyəti olmadan yayımlandığı üçün uşaqlar üçün risk yaradır.
Mabel Matiz müdafiəsində bildirib ki, mahnı xalq ədəbiyyatından ilhamlanıb və cinsi məna daşımır. Hakimin mahnının kişi üçün yazılıb-yazılmadığı sualına isə "Hər kəs mahnılarımı hər kəs üçün oxuya bilər" cavabını verib.
Məhkəmə mahnının ədəbsiz olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq qurumdan rəy alınmasına qərar verib. Növbəti iclas 27 mart 2026-cı il tarixinə təyin olunub.
2026-01-10
18:01:09
Mahnısına Görə Məhkəmə Qarşısında: 3 Ilə Qədər Həbs Tələbi
Digər Xəbərlər
-
"Ən Səssiz Dualarımın Cavabısan" - Xanımından Xalq Artistinə
2026-01-11 14:01:09 -
Oğullarından Bekhemlərə Növbəti Zərbə
2026-01-11 13:50:12 -
Narkotik Testi Müsbət çıxan Şeyma Subaşı Tövbə Etdiyini Açıqladı
2026-01-11 10:01:10 -
"Mən Dünəndən Razıyam..." - Ülviyyə - FOTO
2026-01-11 00:57:05 -
"Utanmırsan, Adam Bu Qədər Eqoist Olmaz"
2026-01-10 20:21:09