Məşhur müğənni İbrahim Tatlısesin Ayşegül Yıldızdan olan 12 yaşlı qızı Elif Ada Tatlısesin son görüntüləri sosial mediada maraqla qarşılanıb.
Voleybol meydançasında çəkilən görüntülərdə Elif Adanın boyunun təxminən 1.80 metr olması izləyiciləri təəccübləndirib. Bu yaşda bu qədər hündür olması sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə mövzusu olub.
Elif Adanın voleybola olan marağı və idmanla aktiv məşğul olması da diqqətdən yayınmayıb. İzləyicilər onun fiziki göstəricilərinə əsasən gələcəkdə peşəkar voleybolçu ola biləcəyini proqnozlaşdırırlar.
Xatırladaq ki, Elif Ada Tatlısesin idmana olan həvəsi izləyicilər tərəfindən rəğbətlə qarşılanır.