Türkiyəli aktrisa Bergüzar Korel baş rolunu Timuçin Esen ilə bölüşdüyü və yaxın günlərdə yayımlanacaq "İlk ve son" serialındakı sevişmə səhnələrinin sosial mediada müzakirə mövzusuna çevrilməsinə münasibət bildirib.
Lent.az Türkiyə medasına istinadla xəbər verir ki, aktrisa bu səhnələrlə bağlı ona ünvanlanan sualların film sektorunda hələ də mövcud olan cinsiyyətçi yanaşmanı açıq şəkildə ortaya qoyduğunu deyib.
Korel qeyd edib ki, bu tip suallar, adətən, qadın aktyorlara verilir, kişi aktyorlara isə eyni yanaşma göstərilmir. Onun sözlərinə görə, bu mövzuların hələ də müzakirə olunması təəccüblüdür.
Serialın bir münasibət hekayəsindən bəhs etdiyini vurğulayan Bergüzar Korel, müzakirə yaradan səhnələrin nə şişirdilmiş, nə də məqsədsiz olduğunu bildirib.
Aktrisa həmin epizodların ölçülü şəkildə çəkildiyini və tamamilə süjetə xidmət etdiyini xüsusi olaraq qeyd edib.
2026-01-08
21:31:10
Bergüzar Koreldən Sevgi Səhnəsi Soruşuldu: Cavabı Səhnənin özü Qədər Sensasiyalıdır
Digər Xəbərlər
-
"Müğənni Olduğum üçün UTANIRAM"
2026-01-09 20:01:09 -
"Deyəcəklər, Acından ölürsən?"
2026-01-09 19:46:10 -
""Məcnun" Deyə-deyə Qalmışam, Dəvət Etmirlər"
2026-01-09 19:31:09 -
Azərbaycanlı Müğənninin Anası Məşhur Qarmon Ifaçısı Imiş... - VİDEO
2026-01-09 19:16:10 -
"Həyat Yoldaşım Səhərə Qədər Qışqırıb Anasını çağırırdı, Mənə ən çox Bu, əzab Verirdi"
2026-01-09 18:45:09