Türkiyənin məşhur aktrisası Aslıhan Karaların İstanbulun Beykoz bölgəsində yerləşən dəbdəbəli villası yanğın nəticəsində zərər görüb. Hadisə zamanı aktrisa tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Yanğın villanın çardaq hissəsində başlayıb. Hadisə yerinə sürətlə yanğınsöndürmə, polis və təcili tibbi yardım qrupları cəlb olunub. Qatı tüstü içindən xilas edilən Aslıhan Karalar dərhal xəstəxanaya çatdırılıb.
Yanğının başlama səbəbi hələlik məlum deyil. Yanğın nəticəsində villanın çardağı ciddi ziyan görüb. Həkimlər aktrisanın vəziyyətinin stabil olduğunu və həyati təhlükəsinin olmadığını bildiriblər.