Aleyna Tilkinin Narkotik Test Nəticələri Müsbət çıxıb

Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin saç və qan nümunəsi üzrə test nəticələri pozitiv çıxıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib. Sənətçinin özündən məsələ ilə bağlı hələlik bir açıqlama gəlməyib. Xatırladaq ki, ötən il dekabrın 18-də polisin keçirdiyi əməliyyat çərçivəsində Türkiyədə müğənni Aleyna Tilki ilə yanaşı bir sıra məşhurlar da saxlanılmışdı.