Rejissor Ceyms Kemeronun "Avatar" filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan "Alov və Kül"ün uğuru nail olub. Film dünya üzrə 760 milyon dollardan çox qazanc əldə edib.
2009-cu ildə çıxan "Avatar"ın birinci hissəsi hələ də bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır. Dünya üzrə gəliri 2,9 milyard dollardan çoxdur. "Avatar"ın ikinci hissəsi isə 2,3 milyard dollarla üçüncü yerdədir.
Əvvəlki rekord isə "Ulduz müharibələri"nin üçlüyü - "Qüvvənin Oyanışı", "Son Jedi" və "Skywalker: Yüksəliş" filmlərinə aid idi. Onların ümumi gəliri təxminən 4,4 milyard dollar təşkil edirdi.
2025-12-31
19:46:10
"Avatar" Kino Tarixində Rekorda Imza Atdı
Digər Xəbərlər
-
"Qısaca Deyim Ki, Atlar ölüb, Itlərin Bayramıdır…" - Fotolar
2026-01-10 13:07:09 -
Ulu Babasının Adı Yenidən Bu Meydana Verildi - Foto
2026-01-06 13:48:09 -
Qəzetlər Də Bahalaşdı
2026-01-06 11:18:05 -
"Qayınana"nın Ssenaristi Vəfat Etdi
2026-01-06 10:53:10 -
Kunq-fu üzrə Azərbaycan çempionu Oldu, Boşandı, İsraildə Masajist Işlədi - "Bəyin Oğurlanması"nın Yasəməni Hanı?
2026-01-03 18:11:11