Oğuz rayonunun Qarabulaq kəndində yerləşən mədəniyyət evində bu gün səhər saatlarında yanğın baş verib. Hadisə yerinə dərhal Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürənləri cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 280 kvadratmetr olan inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 kvadratmetr sahəsi tamamilə yanıb. Şükür ki, yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.