Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.
Sonxeber.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin qızı Aytən Həsənova bildirib.
Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.
"Atamın vəsiyyəti belə idi ki, anamın yanında - ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər", - deyə Xalq artistinin qızı əlavə edib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.
Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.
2025-10-13
16:06:11
Nazirlik Ənvər Həsənovun Qəbirüstü Abidəsinin Hazırlanmasından Imtina Edib
Digər Xəbərlər
-
Ramiz Quliyev Harda Dəfn Olunacaq?
2025-10-15 15:48:06 -
Azərbaycanın Xalq Artisti Vəfat Etdi
2025-10-15 10:32:11 -
Əməkdar Artist 15 Ildir Teatrdan Niyə Ayrı Düşüb?
2025-10-14 17:45:10 -
Prezident Sevil Əliyevanı "Şərəf" Ordeni Ilə Təltif Etdi
2025-10-11 12:10:12 -
Əminə Yusifqızı DƏFN EDİLDİ
2025-10-10 16:00:11