Ceyhun Novruzovdan Tarixi Yaddaşımızı əks Etdirən Yeni Kitab: "Öç"dən "Zəfər"ə Gedən Yol - FOTOlar

Ceyhun Novruzovdan Tarixi Yaddaşımızı əks Etdirən Yeni Kitab:
Vətən müharibəsinin iştirakçısı, Murovdağ yüksəkliyində aparılan döyüşlərdə top komandiri kimi xidmət etmiş, "Kəlbəcərin azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunmuş Ceyhun Novruzov yeni kitabının təqdimatına hazırlaşır. Sonxeber.az xəbər verir ki, kitab Azərbaycanın son 30 ilini – o cümlədən II Qarabağ müharibəsini əhatə edən, fəsillərə bölünmüş şəkildə qurulub. Hər fəsil ölkəmizin keçdiyi siyasi, ictimai, hərbi mərhələləri, çətinlikləri, tarixi zəfərləri ardıcıl və axıcı şəkildə təqdim edir. "Öç" adlı giriş hekayəsindən başlayan kitabda işğal dövrünün acıları və xalqın mübarizəsi ön plana çıxarılır. "Xaos" və "Qaranlıq" fəsillərində SSR dövrünün sonu və 20 Yanvar faciəsi təsvir olunur. "Xilaskar" bölməsində Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası geniş şəkildə əks olunur. "30 ilin tənhalığı" fəsli xalqımızın həsrətini, "Əsrin sərkərdəsi" isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfəri əhatə edir. Ceyhun Novruzovun bu əsəri həm tarix, həm vətənpərvərlik, həm də xalq yaddaşı baxımından dəyərli töhfə kimi qiymətləndirilir.

Mənbə: https://sonxeber.az