Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov və 38 yaşlı Rüfət Həziyev saxlanılıb.
Həmin şəxslərdən 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.
Bildirilib ki, oktyabrın 16-sı Yasamal rayonu ərazisində güllələnən şəxslər əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Onlar ayaq nahiyələrindən xəsarət alıb və həyatlarına təhlükə yoxdur.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2025-10-17
11:55:12
Yasamaldakı Silahlı Insidentlə Bağlı - 2 Nəfər Saxlanıldı
Digər Xəbərlər
-
Azərbaycanı Sarsıdan Cinayət Bu Evdə Baş Verib - HADİSƏ YERİNDƏN VİDEO
2025-10-17 17:47:09 -
Arvadını Təqib Edib - Məktəbdə Bıçaqladı
2025-10-17 16:18:10 -
Monteneqrodan Azərbaycana Gəlib Arvadını öldürdü - YENİLƏNİB
2025-10-16 14:56:12 -
Məşhur Dilənçi Qız Oğurluğa Görə Saxlanıldı - Video
2025-10-15 20:57:10 -
Qayınatasını öldürüb Maşınla üstündən Keçmişdi - 20 Il Həbs Verildi
2025-10-14 11:44:10