Nəsimi Nəbizadənin Qardaşı Həbs Olundu

Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. Oxu.Az-ın məlumatına görə, E.Nəbizadə Sumqayıt şəhərində saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla iki nəfər - Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram narkotik maddə olan marixuana aşkarlanıb. Həmin şəxslərin narkotik vasitəni E.Nəbizadədən aldıqları müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə E.Nəbizadə tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.