Naxçıvana Dron Hücumu: Yaralıların Vəziyyəti Stabil Qiymətləndirilir

İran ərazisindən Naxçıvana edilən dron hücumu nəticəsində yaralanan iki nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yayımlanan məlumatda yaralıların səhhətində ciddi bir problem olmadığı bildirilib.

Xatırladaq ki, bu gün günorta saatlarında İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Dronlardan biri Naxçıvan Hava Limanının terminalına, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığına düşüb.

Hücum nəticəsində hava limanının binasına ziyan dəyib, iki mülki şəxs isə xəsarət alıb.