Tovuzda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az xəbər verir ki, Səbuhi Hacızadə ötən gün Monteneqrodan yaşadığı rayona gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 29 yaşlı Mətanət Hacızadənin atası evinə gəlib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.
Səbuhi Hacızadə qətli törətdikdən sonra video çəkib.
O, videoda hadisəni törətdiyini etiraf edib və öz canına qəsd edəcəyini deyib.
S.Hacızadə əlindəki qanlı bıçağı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini dilə gətirib.
Videoda şiddət olduğu üçün görüntüləri təqdim etmirik.
Qeyd edək ki, onların 3 azyaşlı oğlu var.
Hazırda S. Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
***
12:52
Tovuzda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini 32 yaşlı Hacızadə Səbuhi Vidadi oğlu arvadı 29 yaşlı Hacızadə Mətanət Asif qızını bıçaqlayıb.
Qadın hadisə yerində ölüb.
Hadisəni törədən Səbuhi Hacızadə qaçıb.
Hazırda Tovuz rayon Polis Şöbəsinin əməkdaşları onun saxlanılması istiqamətində tədbirlər görür.
2025-10-16
14:56:12
Monteneqrodan Azərbaycana Gəlib Arvadını öldürdü - YENİLƏNİB
Digər Xəbərlər
-
Məşhur Dilənçi Qız Oğurluğa Görə Saxlanıldı - Video
2025-10-15 20:57:10 -
Qayınatasını öldürüb Maşınla üstündən Keçmişdi - 20 Il Həbs Verildi
2025-10-14 11:44:10 -
Rəşad Dağlı Vaxtından əvvəl Azadlığa çıxa Bilər
2025-10-13 16:39:10 -
Azərbaycanda Işlədiyi Yeri əxlaqsızxana Adlandıran Qadına - Bu Cəza Verildi
2025-10-13 14:19:11 -
Nəzrinin ölümünə Görə Həbs Edilən Sənan Mehdiyevə - Hökm Oxundu
2025-10-10 17:27:09