Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 28-də gecə saatlarında baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.
Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.
Onların sərxoş vəziyyətdə olması müəyyənləşib.
Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
2025-10-30
11:13:06                                                        
Maşına Zorla Mindirib Apararaq Döydülər - 3 Qazi Saxlanıldı
Digər Xəbərlər
- 
                "Orada Iştirakınızın Məqsədi Nə Idi?" - Fotolar2025-10-30 23:19:08
- 
                Arvadının Saçını Keçəl Edən ər - Həbs Olundu2025-10-30 20:38:09
- 
                "Saray Plaza"da ölüm2025-10-30 12:53:06
- 
                Astarada 17 Yaşlı Hamilə Gəlinin öz Toyunda ölməsinin SƏBƏBİ BİLİNDİ2025-10-29 14:00:12
- 
                Astarada 17 Yaşlı Gəlin öz Toyunda öldü: Yeddi Aylıq Hamilə Imiş - TƏFƏRRÜAT2025-10-29 11:43:10
