Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi "VAZ - 2106" markalı minik avtomobili Eldəniz Əmrəyevin sükanı arxasında olduğu "Renault" markalı maşınla toqquşub.
Qəzada "VAZ"ın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfər isə tələbədir.
Faktla bağlı araşdırma aparılır.
2025-10-10
11:06:10
Lənkəranda Qəzada şagird Və Tələbələr Yaralandı - Fotolar
Digər Xəbərlər
-
Qayınatasını öldürüb Maşınla üstündən Keçmişdi - 20 Il Həbs Verildi
2025-10-14 11:44:10 -
Rəşad Dağlı Vaxtından əvvəl Azadlığa çıxa Bilər
2025-10-13 16:39:10 -
Azərbaycanda Işlədiyi Yeri əxlaqsızxana Adlandıran Qadına - Bu Cəza Verildi
2025-10-13 14:19:11 -
Nəzrinin ölümünə Görə Həbs Edilən Sənan Mehdiyevə - Hökm Oxundu
2025-10-10 17:27:09 -
Samuxda Ata 15 Yaşlı Qızına Qarşı Zorakılıq Hərəkətləri Edib
2025-10-10 15:13:10