Lökbatanda qətl törətmiş, görmə qabiliyyəti olmayan Qulu Abbasovun cəzası dəyişdirilib. Ali Məhkəmənin qərarı ilə onun cəza müddəti azaldılıb.
Ali Məhkəmə Kollegiyası, Q.Abbasovun əvvəlki ittihamını daha yüngül maddə ilə əvəz edərək, cəzasını 15 ildən 13 ilə endirib.
Xatırladaq ki, 43 yaşlı məhkum, qonşusu Xanlar Əmirovu bıçaqla öldürmüşdü. Məhkəmə prosesində bu hadisənin qısqanclıq səbəbindən baş verdiyi bildirilmişdi.