Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
2025-12-13
14:06:09
Evinə Gedən Qadını Hədələyərək Pulunu Aldı - Tərtərə Qaçdı
Digər Xəbərlər
-
Ağdamda Iki Qardaş Bıçaqlandı
2025-12-15 22:02:03 -
Təzyiqdən öldüyü Deyilən Qadın Qətlə Yetirilibmiş - Gəlinlə Qardaşı Tutuldu
2025-12-15 10:42:09 -
Bakıda 44 Yaşlı Kişinin Qətlinin Təfərrüatı - Video
2025-12-13 12:04:10 -
Bakıda Ata Qətlə Yetirildi - 19 Yaşlı Oğlu Saxlanıldı
2025-12-12 00:00:12 -
Generalın Oğlu Və Komitənin Daha Iki əməkdaşı Həbs Olundu (YENİLƏNİB)
2025-12-11 14:32:07