Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.
"Qafqazinfo" xəbər verir ki, Rəhimli kənd İlqar Abasov adına tam orta məktəbdə 41 yaşlı A.Əliyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Qadının əməli törətməkdə şübhəli bilinən 47 yaşlı həyat yoldaşı Asim Nəcəf oğlu Nəcəfov Şabran RPŞ-yə gedərək əməlini etiraf edib.
Bildirilib ki, hadisədən əvvəl ər-arvad dalaşıblar. Qadın məktəbə gedərək övladının sənədlərini götürmək istəyib. Bu zaman əri onu təqib edərək məktəbə daxil olub və çoxsaylı bıçaq zərbələri endirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
2025-10-17
16:18:10
Arvadını Təqib Edib - Məktəbdə Bıçaqladı
Digər Xəbərlər
-
Azərbaycanı Sarsıdan Cinayət Bu Evdə Baş Verib - HADİSƏ YERİNDƏN VİDEO
2025-10-17 17:47:09 -
Yasamaldakı Silahlı Insidentlə Bağlı - 2 Nəfər Saxlanıldı
2025-10-17 11:55:12 -
Monteneqrodan Azərbaycana Gəlib Arvadını öldürdü - YENİLƏNİB
2025-10-16 14:56:12 -
Məşhur Dilənçi Qız Oğurluğa Görə Saxlanıldı - Video
2025-10-15 20:57:10 -
Qayınatasını öldürüb Maşınla üstündən Keçmişdi - 20 Il Həbs Verildi
2025-10-14 11:44:10