Türk Milyarderi Qonşu ölkədə Doyunca Yedi, Hesabı Görüncə Təəccübləndi

Türk Milyarderi Qonşu ölkədə Doyunca Yedi, Hesabı Görüncə Təəccübləndi
Sosial mediada tez-tez idman tədbirlərində iştirak etdiyi anları paylaşan Yemeksepeti-nin qurucusu və keçmiş CEO-su Nevzat Aydın bu dəfə Yunanıstanda çəkdiyi fotolarla diqqət çəkib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Panathinaikos–Anadolu Efes basketbol qarşılaşmasını izləmək üçün Afinaya yollanan Aydın, dostları ilə bir restoranda yediyi yeməyin hesabını sosial şəbəkə hesabında paylaşıb. Paylaşımında "5 nəfər doyunca yedik. Karides, kalmar, ahtapot – elə təkcə mən 6 kola içdim. Bu da hesab",- sözlərini yazan Aydın, ümumi hesabın 115 avro (təxminən 210 AZN) olduğunu göstərən hesab vərəqini də izləyiciləri ilə bölüşüb. Aydının paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərdən bəziləri Yunanıstandakı restoran qiymətlərinin Türkiyə ilə müqayisədə daha münasib olduğunu qeyd edib və bu fərqi diqqətə çatdırıblar.

Mənbə: https://sonxeber.az