Tonlarla Soğanı Boş əraziyə Atdılar, Sakinlər Sağlamlarını Topladı

Türkiyədə, Organize Sənaye Bölgəsində bir hissəsi çürümüş tonlarla quru soğan boş bir əraziyə atılıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni görən sakinlər dərhal vəziyyəti müvafiq qurumlara bildiriblər. Sakinlərdən biri bildirib: "Heyif, keçərkən gördüm. Yetim və ehtiyacı olan birinə versəydilər, belə olmazdı. Günahdır, baxın buna". Hadisə yerinə gələn bəzi sakinlər isə çürüməyən sağlam soğanları torbalara dolduraraq aparıblar. Yerli əhali belə tullantıların həm ətraf mühitə ziyan vurduğunu, həm də sosial baxımdan narahatlıq yaratdığını vurğulayıb. Hazırda soğanları kimlərin atdığı araşdırılır.

Mənbə: https://sonxeber.az