Sumqayıtda Naməlum şəxs Vətəndaşların Bank Kartlarından 2 Min 750 Manat Oğurlayıb

Sumqayıtda Naməlum şəxs Vətəndaşların Bank Kartlarından 2 Min 750 Manat Oğurlayıb
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb. Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 600 manat oğurlayıb. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Mənbə: https://sonxeber.az