Salyanda Dəhşət: Avtomobil 10 Yaşlı Uşağı öldürdü!

Salyan rayonunda baş vermiş dəhşətli yol qəzası nəticəsində 10 yaşlı uşaq dünyasını dəyişib. Hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində, köhnə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Məlumata görə, "Chevrolet" markalı avtomobil yolu keçmək istəyən 2016-cı il təvəllüdlü A.A.-nı vurub. Uşaq aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Bu faciəvi hadisə bütün rayon sakinlərini sarsıdıb.