Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KIA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2025-12-14
20:31:11
Qusarda Ağır Qəza: İki Nəfər ölüb, Dörd Nəfər Yaralanıb
Digər Xəbərlər
-
Bu Kəndlərə Günlərdir Canavarlar Hücum Edir - Sakinlər Təhlükədə
2025-12-15 23:39:09 -
Balakəndə Ağır Qəza - Ölən Və Yaralananlar Var
2025-12-15 20:42:03 -
Ov Zamanı Faciə: Dostunu Güllələdi
2025-12-15 18:46:09 -
Dünyaca Məşhur Ulduz, Icazəsiz çəkiliş Edən Pərəstişkarısına Qarşı Sərt Reaksiya Göstərdi - VİDEO
2025-12-15 18:30:12 -
Qonşusuna Hirslənib, Acısını Qaynanasından çıxartdı
2025-12-15 18:16:06