Qonşular Arasında Yaranan Mübahisə əlbəyaxa Dava Ilə Nəticələndi

Türkiyənin Adana şəhərində qonşular arasında başlayan mübahisə qısa zamanda yumruq və təpiklərin havada uçuşduğu davaya çevrilib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonunun Yeşiloba məhəlləsində baş verib. Qonşular arasında naməlum səbəbdən başlayan sözlü mübahisə qısa müddətdə fiziki toqquşmaya çevrilib. Əraziyə çağırılan polis əməkdaşları tərəfləri ayırmaqda çətinlik çəkib. Polisin müdaxiləsi nəticəsində dava nəhayət sakitləşdirilib. Hadisə şahidlərinin çəkdiyi görüntülərdə tərəflərin bir-birinə hücum etdiyi, ətrafdakı insanların isə davaya son qoymaq üçün araya girdiyi aydın şəkildə görünür. Polis hadisə ilə bağlı araşdırma aparır.