Qazdığı Yerdə Külçə-külçə Qızıl Tapdı

Avstraliyalı xəzinə axtarıcısı Tayer Mahoni (Tyler Mahoney) son zamanlar tapdığı iri qızıl külçələri ilə gündəmə gəlib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, qatıldığı "YouTube" yayımında qızıl xəritəsini və işlədiyi bölgələri izləyicilərlə bölüşüb. Mahoni həm tək, həm də qardaşı ilə birlikdə qızıl axtarışına çıxdığını, bu məşğuliyyəti artıq peşəyə çevirdiyini deyib. Son olaraq təxminən 5 milyon manat dəyərində qızıl tapan Mahoni, ən çox işlədiyi bölgələr arasında Boliviya, Peru, Yeni Zelandiya, Kanada və Alyaskanı qeyd edib. Onun sevimli bölgəsi isə zəngin təbiəti və yerli mədəniyyəti ilə seçilən Yukon/Dawson City olub. ABŞ-ın Nevada, Kaliforniya və Alyaska ştatları da qızıl çıxarılan əhəmiyyətli ərazilər sırasındadır. Xəzinə axtarıcısı bildirib ki, qardaşı ilə birlikdə bir təpədə təxminən 100 min dollar dəyərində qızıl ehtiva edən "ironstone lode" (əsas yataq) aşkarlayıblar. Adətən allüvial (azad taneli) qızıl axtardıqlarını deyən Mahoni, iri qızıl parçalarını "nugget" üstünlüyünə görə xam şəkildə satdıqlarını, xırda qızılı isə üyüdüb cihazlarla ayıraraq külçə halına gətirib darphanəyə göndərdiklərini vurğulayıb.

Mənbə: https://sonxeber.az