Qadına qarşı şiddət hər keçən gün daha dəhşətli şəkil almaqda davam edir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son hadisə isə İstanbulun Fatih rayonunda baş verib. Dünən axşam saatlarında Hırka-i Şərif məhəlləsində, iddialara görə bir kişi bir qadını küçənin ortasında amansızcasına döyüb.
Şiddət göstərən şəxs qadını yerə yıxaraq sürüyüb. Aldığı zərbələrin təsiri ilə yerə yıxılan qadını kişi bir müddət sonra ayıltmağa çalışıb. Qadın özünə gəldikdən sonra hər iki şəxs hadisə yerindən uzaqlaşıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi iddia olunur. Dəhşətli anlar isə ətrafdakı kameralar tərəfindən qeydə alınıb.
Digər tərəfdən, hadisə zamanı oradan keçən başqa bir qadın və kişinin hadisəni görmələrinə baxmayaraq müdaxilə etmədən yan keçmələri isə sosial mediada müzakirələrə səbəb olub.
2025-10-14
18:46:10
Qadını Küçənin Ortasında Döyüb, Yerə Yıxdıqdan Sonra Sürüdü
Digər Xəbərlər
-
Əmisi Oğlunu öldürən Kişinin Ifadəsi əməlindən Daha Tükürpədicidir
2025-10-15 13:26:10 -
Polis Məscidə Girib Ibadət Edən Vətəndaşları Saxladı
2025-10-15 13:18:11 -
Zaur Baxşəliyev Efirdə Dediyi Sözə Görə Məhkəməyə çağırıldı
2025-10-15 10:41:10 -
Bir Anlıq Diqqətsizlik Az Qala Faciəyə Səbəb Olacaqdı - VİDEO
2025-10-14 18:16:10 -
Yolda Başlayan Mübahisə Faciə Ilə Bitdi: Motosiklet Sürücüsü öldü
2025-10-14 15:34:10