Otel əməkdaşının Körpəsi ölü Tapıldı: 19 Yaşlı Ana Həbs Edildi - VİDEO

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda otel işçiləri üçün nəzərdə tutulmuş yaşayış binasının terrasında bir körpənin meyiti tapılıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 9 oktyabr tarixində qanaxma şikayəti ilə Bodrum Dövlət Xəstəxanasına müraciət edən gənc qadının doğum etdiyi müəyyən olunub. Bunun üzərinə həkimlər hadisə barədə polisə məlumat veriblər. Polis əməkdaşları qadının çalışdığı otelin əməkdaşlar üçün nəzərdə tutulan yaşayış yerinə – lojmana baxış keçirib. Axtarış zamanı terassda hərəkətsiz vəziyyətdə bir körpə tapılıb. Təcili tibbi yardım əməkdaşlarının apardığı yoxlamada körpənin həyatını itirdiyi müəyyən olunub. Xəstəxanadakı müalicəsi tamamlanan Z.U.K. daha sonra polis bölməsinə aparılıb. İstintaqdan sonra o, məhkəmənin qərarı ilə tutularaq həbs edilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.