Məsciddə Dəstəmaz üçün Nəzərdə Tutulmuş Su çanağında Protez Diş Tapıldı

Türkiyədə məscidlərin birində qeyri-adi hadisə baş verib. Məscidin şüşələrinə asılan elan ibadətə gələnlərin diqqətini çəkib. Elan üzərində belə yazılıb: "Dəstəmaz üçün nəzərdə tutulmuş su çanağında protez diş tapılmışdır. Sahibi məsciddən götürsün". Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, dəstəmaz alan bir şəxs protez dişlərini su çanağının üstünə qoyaraq orada unudub. Daha sonra başqa bir vətəndaş tərəfindən görülən dişlər məscid rəhbərliyinə təhvil verilib və hazırda sahibini gözləyir. Məscid camaatından Muammer Baysal hadisəyə münasibət bildirərək deyib: "İnsanın diqqətini çəkir, adam necə dişini itirdiyini hiss etməz? Allah yardımçısı olsun. Tapılanda da yəqin ki, mollalarımız sahibinə çatdırmağa çalışacaq. Mən də ilk oxuyanda təəccübləndim. Bir həftədir ki, elan asılıb. Belə hadisə görməmişəm. Saat unudula bilər, amma dişi ağzından çıxarıb yuyarkən unutmaq qəribədir. Yenə də ümid edirik ki, sahibi gəlib götürəcək".

Mənbə: https://sonxeber.az