Maşın Körpüdən Aşdı, Hərbçi Olan Sürücü öldü - Fotolar

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunun 5-ci kilometrliyində olub. Belə ki, "N" saylı hərbi hissənin giziri 1966-cı il təvəllüdlü Mirzəyev Nüsrəddin Natiq oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil körpünün beton dəmir maneəsinə çırpılaraq oradan aşıb. Nəticədə N. Mirzəyev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az