Küçədə Geyimlərini Dəyişən Qadınların Qeyri-adi Hərəkəti Diqqət çəkdi

Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda İstasyon küçəsində bir evin həyətinə gələn 4 qadından 3-ü, əlindəki çantalardan paltar çıxarıb geyinib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadınlar fərqli rəngdə şərflər və geyimlər geyindikdən sonra ərazidən uzaqlaşıblar. Hadisə ətrafdakı sakinlərdə şübhə doğurub. Yerli sakinlər qadınların dilənçi olduğunu və iş geyimlərinə büründüklərini iddia ediblər. Həmin anlar isə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: https://sonxeber.az