Türkiyədə Neriman Onur Adanada metronun yeraltı keçidində keçmiş əri Mehmet Ali Nayki tərəfindən başından silahla vurularaq öldürülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Adananın Seyhan rayonunun Yeşilyurt məhəlləsində metronun yeraltı keçidində baş verib.
Belə ki, pilləkənlərlə aşağı doğru addımlayan Neriman Onur əlində silah olan keçmiş əri Mehmet Ali Naykinin arxadan ona yaxınlaşdığını görüb.
O, kömək üçün qışqıraraq qaçmağa çalışarkən Nayki silahdan atəş açıb, o daha sonra hadisə yerindən qaçıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. Həkimlərin müayinəsindən sonra qadının həyatını itirdiyi müəyyən edilib.
Qətldə şübhəli bilinən keçmiş ər qaçmağa çalışarkən polis tərəfindən yaxalanıb. Hadisə ilə bağlı başladılan istintaq davam edir.
Mənbə: https://sonxeber.az