"Kasap Kabab"ın Salatın Içindən şüşə çıxdı – Müştəri Yaralandı

Bakı sakinlərindən biri "Kasap Kabab" restoranından şikayətçidir. XALQ məlumatına görə, müştəri iddia edir ki, sözügedən restoranda sifariş etdiyi salatın içindən şüşə çıxıb: "Sifarişlərimiz gəldi. Salatı yeyəndə içindən şüşə çıxdı və ağzım yüngülcə yaralandı. Belə ki, dodağım kəsildi. Administratora bildirdim ki, belə şey olar? Düzdür, üzrxahlıq etdi. Ancaq bu çox təhlükəli vəziyyətdir. Hadisə faciə ilə nəticələnə bilərdi. Tək və ya ailə ilə bu məkanlara gedilir. İstəmərəm ki, belə hal ilə kimsə qarşılaşsın". Müştəri bildirib ki, məsələ ilə bağlı artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Şikayətçi qeyd edib ki, müvafiq qurumların nəzarəti olsa, kafe və restoranlarda belə diqqətsizlik və natəmizliyə rast gəlinməz.Bakuplus.az

Mənbə: https://sonxeber.az