İstanbulun Fatih bölgəsində boşanma prosesində olduğu həyat yoldaşı Semiha Denizi məktəb önündə öldürən Emrah Denizin ifadəsi şok təsiri yaradıb.
Dünən baş verən hadisədə 33 yaşlı Semiha Deniz, 14 yaşlı qızını məktəbdən almağa gəldiyi zaman hücuma məruz qalıb. Başından güllə yarası alan qadın xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar nəticəsində Emrah Deniz haqqında əvvəllər uzaqlaşdırma qərarının olduğu məlum olub. İddiaya görə, o, məhkəmədən çıxdıqdan sonra atasının evinə gedərək qeydiyyatsız silah götürüb və həyat yoldaşına atəş açıb.
Şahidlərin sözlərinə görə, motosikletlə gələn şəxs üç dəfə atəş açıb və güllələrdən biri qadının başına dəyib. Qadın yerə yıxıldıqdan sonra isə hücum edən şəxs motosikletlə qaçıb.
Saxlanılan Emrah Deniz ifadəsində ittihamları rədd edərək, "Silahı qorxutmaq üçün tuşladım. Tətik mexanizminin hazır olduğunu unutmuşdum. İtələyərkən silah açıldı," - deyib.
2026-03-06
14:00:19
İstanbulda şok! ərini Məktəb Qabağında Güllələyən şəxsin İtirafı!
Digər Xəbərlər
-
Hindistanda Lift Qəzası: Kişi ölümün Bir Addımlığında! şok
2026-03-06 20:04:18 -
Adanada Dəhşət: ərini Boğaraq öldürən şəxs Polisə Təslim Oldu!
2026-03-06 19:52:13 -
Adana Uçuşunda Dəhşət: Sərnişinlər Panikaya Qapıldı!
2026-03-06 18:46:13 -
Bakı-şamaxı Yolunda Dəhşətli Qəza: "kamaz" Avtobusa çırpıldı, Yaralılar Var
2026-03-06 15:20:18 -
Sığorta Agentinə şok Təklif: Müştəridən Qeyri-etik Mesajlar!
2026-03-06 14:06:14