İntihara Cəhd Edən Qız Son Anda Xilas Edildi - VİDEO

İntihara Cəhd Edən Qız Son Anda Xilas Edildi - VİDEO
Fatih rayonunda yerləşən Haliç Metro Körpüsündə bir qadın körpünün altındakı dəmir barmaqlıqlardan sallanmağa başlayıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadının bu təhlükəli hərəkətini görən vətəndaşlar dərhal polisə məlumat verib. Qısa müddətdə hadisə yerinə gələn polis əməkdaşları qadını inandırmağa çalışıblar. Sahil Mühafizə Xidmətinin əməkdaşları isə ehtiyat tədbiri olaraq dənizdə növbə çəkiblər. Bir müddət sonra polis əməkdaşlarının səyləri nəticəsində qadın körpünün piyada yoluna çıxarılıb. Qadının xilas olunduğunu görən vətəndaşlar alqışlarla onu qarşılayıblar. Hadisə anı isə mobil telefon kamerasına saniyə-saniyə əks olunub.

Mənbə: [https://sonxeber.az]