Hindistanda Lift Qəzası: Kişi ölümdən Son Anda Xilas Oldu - şok Vi̇deo!

Hindistanda baş verən dəhşətli hadisə anbaan kameraya düşüb. Yaşayış binasında liftin nasazlığı faciəyə gətirib çıxara bilərdi.

Liftlə yuxarı mərtəbəyə qalxan şəxs qapı açılan kimi çölə çıxmaq istəyib. Lakin lift dayanmaq əvəzinə hərəkətini davam etdirib. Vəziyyəti anlayan sərnişin özünü çevikliklə kənara ataraq həyatını xilas edib.

Saniyələrlə ölçülən bu qəza liftin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə liftin qəflətən hərəkətə başlaması və kişinin ani reaksiyası aydın şəkildə görünür.

Xoşbəxt təsadüf

Bu hadisə bir daha liftlərdən istifadə zamanı diqqətli olmağın vacibliyini göstərir. Nasaz lift az qala böyük faciəyə səbəb olacaqdı.