Gəncədə Avtomobil 52 Yaşlı Qadını Vuraraq öldürüb

Gəncədə Avtomobil 52 Yaşlı Qadını Vuraraq öldürüb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var. "Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində minik avtomobili yolu keçmək istəyən, 1973-cü il təvəllüdlü L.İsmayılovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az